01 May 2019, 13:33
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasının "Barselona" ilə yarımfinal oyunu üçün səfərə yollanan "Liverpul" azarkeşləri qalmaqal yaradıblar. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, 6 fanat qaldıqları otelin işçilərinə xəsarət yetirib.
Belə ki, onlar hücum çəkərək 4 nəfərə xətər yetiriblər. Zərərçəkənlərdən birinin burnu qırılıb. Yerli polis isə həmin 6 azarkeşi həbs edib. Eyni zamanda Barselonanın mərkəzində yer alan meydanda toplaşan qonaq komandanın azarkeşləri yerli sakinlərdən birini fəvvarəyə atıb və bunu videoya çəkiblər.
Qeyd edək ki, "Barselona" - "Liverpul" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.