Türkiyənin "Beşiktaş" klubunun azarkeşləri Avropa Liqasının Liqa mərhələsinin III turunda Fransa "Lion"u ilə səfər oyununa buraxılmayacaq.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "RMC Sport" paylaşıb.

Bildirilir ki, xuliqanlıqla mübarizə üzrə milli idarə "Lion" – "Beşiktaş" görüşübü çox riskli hesab edib. Türkiyə klubunun azarkeşlərinə, həmçinin Lionun mərkəzində və şəhər ətrafında ödənişli yollarda avtomobil sürmək qadağan olunacaq. Fransa Daxili İşlər Nazirliyi tezliklə müvafiq əmr dərc etməlidir.

Qeyd edək ki, "Lion" – "Beşiktaş" matçı oktyabrın 24-nə planlaşdırılıb. Fransa klubu ilk turda öz meydançasında Yunanıstanın "Olimpiakos"una 2:0 hesabı ilə qalib gəlib, "Beşiktaş" isə səfərdə Niderlandın "Ayaks" komandasına 0:4 hesabı ilə uduzub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest