10 May 2019, 14:53
ÇEMPİONLAR LİQASI
çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az saytının məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunlarının ən yaxşısı "Tottenhem"in yarımmüdafiəçisi Lukas Moura seçilib.
"Ayaks"la səfər qarşılaşmasında het-trikə imza ataraq, komandasını finala daşıyan futbolçu azarkeşlər arasında aparılan səsvermənin qalibi olub.
O, bu yer uğrunda mübarizədə komanda yoldaşı Mussa Sissoko, həmçinin "Liverpul"un iki oyunçusu Trent Aleksandr-Arnold və Jorjino Veynaldumu qabaqlayıb.