Almaniyanın "Nürnberq" klubunda çıxış edən yığmamızın hücumçusu Mahir Emreli açıqlama verib. Matc.az xəbər verir ki, o, II Bundesliqa təmsilçisinin rəsmi televiziyasına danışıb.

Mahir azərbaycanlı futbolsevərlərin də “Nürnberq”i dəstəklədiklərini qeyd edib: “Burada Azərbaycanı təmsil edirəm. Başa düşürəm ki, hər addımıma fikir verilir. Həmişə legioner həyatı yaşamaq, dünyaya bizim futbolçuları göstərmək, həmyerlilərimə də qapı açmaq arzusunda olmuşam. Azərbaycanlı azarkeşlər mənə böyük ümid bəsləyirlər. Mən də əlimdən gələni edirəm ki, onları sevindirim”.

“Nürnberq”də buvaxtadək 4 qol vuran Emreliyə "5-ci qola nə vaxt imza atacaqsınız" sualı ünvanlanıb. Mahirin cavabı belə olub: “Hər bir hücumçu qol vurmaq istəyir. Ancaq ondan da vacib komandanın nəticəsidi. Şəxsən məni qələbə qazanmağımız daha çox maraqlandırır".

Millimizin üzvü qol sevinci zamanı komanda yoldaşı Stefanos Tsimasla birlikdə ulduz futbolçu Kriştianu Ronaldonun hərəkətini təkrarlamaları haqda da danışıb. Ronaldonu böyük oyunçu adlandıran Mahir bununla belə, onun fanatı olmadığını, Tsimasın Kriştianuya azarkeşlik etdiyini vurğulayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest