19 Mart 2025, 11:45
FUTBOL
“Bavariya”nın qapıçısı Manuel Noyer yenidən Almaniya millisinin formasını geyinə bilər. Matc.az xəbər verir ki, 2024-cü ildə yığma ilə vidalaşn təcrübəli qolkiperin DÇ-2026-da Bundestimin heyətində yer alacağı gözlənir.
Martın 27-də 39 yaşını tamamlayacaq Noyerin milliyə dönüşü “Barselona”da çıxış edən Mark-Andre Ter-Ştegendən asılıdı. Ter-Ştegenin forması yığmanın məşqçilər korpusunu qane etməsə, Noyerin yığmaya qayıdışına zərurət yaranacaq.
Qeyd edək ki, Noyer Almaniya seçməsinin heyətində 2014-cü ildə dünya çempionu adını qazanıb.