"Atletiko"nun hücumçusu Antuan Qrizmann yay "transfer pəncərəsi"ndə paytaxt klubunu tərk edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.

Bildirilir ki, fransız futbolçu karyerasını MLS-də davam etdirmək istəyir.

"Atletiko" ilə 34 yaşlı hücumçunun müqaviləsinin müddəti 2026-cı ilin yayına kimidir.

Qeyd edək ki, Antuan Qrizmann bütün peşəkar karyerasını İspaniya çempionatında keçirib. Fransız futbolçu "Atletiko"dan başqa, "Real Sosyedad" və "Barselona"da da çıxış edib. O, La Liqada 520 oyun keçirib, 198 qol vurub və 95 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest