İspanya La Liqasının 30-cu turunda "Real" doğma meydanda "Valensiya"ya 1:2 hesabı ilə məğlub olub.
Matc.az xəbər verir ki, oyunun 13-cü dəqiqəsində Madrid klubunun braziliyalı cinah oyunçusu Vinisius Junior penaltini dəqiq yerinə yetirə bilməyib.
Bu, "Real"ın cari mövsümdə reallaşdıra bilmədiyi 5-ci penaltidir. Komandanın oyunçuları bütün turnirlərdə 16 penalti yerinə yetiriblər ki, bunlardan 11-ni qola çevirə biliblər.
Bir mövsümdə yararlana bilinməyən 5 penalti, klubun 2013/2014-cü ildən bəri ən pis rekordudur. Həmin mövsüm "Real" La Liqada üçüncü yeri tutub, ölkə kuboku və Çempionlar Liqasının qalibi oldu.
Qeyd edək ki, hazırda "Real" İspaniya çempionatının turnir cədvəlində "Barselona"dan 4 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.