"Liverpul"un 25 yaşlı müdafiəçisi İbrahima Konate yayda klubu tərk edə bilər, onunla PSJ maraqlanır. Bu baxımdan, "mersisaydlılar" ona potensial əvəzedici qismində "Braqa"nın müdafiəçisi Sikou Nyakhateni nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Afrikafoot" məlumat yayıb.

Bildirilir ki, Nyakhatenin müqaviləsində 30 milyon avroluq təzminat maddəsi var. "Braqa"nın müdafiəçisinə qışda "Mançester Siti" və "Mançester Yunayted"in də maraq göstərdiyi vurğulanır.

Qeyd edək ki, Nyakhate bu mövsüm bütün turnirlərdə 31 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib. 25 yaşlı müdafiəçinin klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 6 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest