İntizam Komitəsi Mourinyonu 3 oyunluq diskvalifikasiya edib.
Türkiyə Futbol Federasiyası "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu ölkə kubokunun 1/4 final oyunu başa çatdıqdan sonra "Qalatasaray"ın baş məşqçisi Okan Burukun burnundan tutduğuna görə cəzalandırıb.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İntizam Komitəsi Mourinyonu 3 oyunluq diskvalifikasiya edib. Bundan başqa, qırmızı vərəqə alan "Fənərbaxça"nın məşqçiləri Sandro Zufiçlə Salvadore Foti 4, komandanın futbolçularından Fred 3, Mert Hakan Yandaş isə 1 oyunluq cəzalandırılıb.
"Fənərbaxça"nın məşqçiləri qarşıdan gələn 4 oyunda texniki heyətdə yer almayacaqlar. Digərlərnin cəzası isə 4 oyundan az olduğuna görə yalnız kubok matçlarında tətbiq olunacaq.