06 Aprel 2025, 12:28
FUTBOL
Ötən gün Fransa Liqa 1-də PSJ doğma meydanda "Anje"ni 1:0 məğlub edərək erkən çempionluğunu elan edib.
Matc.az xəbər verir ki, parislilərin baş məşqçisi Luis Enrike klubun mətbuat xidmətinə çempionluqla bağlı açıqlama verib:
"Xoşbəxtəm, razıyam, çox razıyam. Bütün azarkeşlərə, bütün oyunçulara, heyətə, klubdakı hər kəsə təşəkkür etmək vaxtıdır. Düşünürəm ki, bu mövsüm sensasiyalı oldu. Biz artıq çempionuq və bu kuboka tam layiqik. Düşünürəm ki, bizim qıracağımız rekordlar var və Çempionlar Liqasında, eləcə də Fransa Kubokunda rəqabətədavamlı olmaq üçün bu motivasiyaya sahib olmaq və qorumaq vacibdir".