06 Aprel 2025, 12:49
FUTBOL
Almaniyada Şimal-Şərq Regional Liqasında 28-ci turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi "Dinamo" (Berlin) "Alqlinike" üzərində inamlı qələbə qazanıb – 3:0.
Rüfət meydana start heyətində çıxıb və 89-cu dəqiqədə əvəzlənib. O, görüşün 36-cı dəqiqəsində komandasının ikinci qolunu vurub, 32-ci dəqiqədə isə sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək, bu, millinin sabiq forvardının mövsümdə vurduğu 12-ci qoludur. Hazırda "Dinamo" 43 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.