"Mançester Siti"nin hücumçusu Ömər Marmuş, "Siti"nin əsas hücumçusu Erlinq Haalandın zədələnməsindən sonra qol vurmaq üçün təzyiq altında olub-olmadığı sualını cavablandırıb.

Matc.az xəbər verir ki, Marmuş Haalandın yoxluğunun üzərindəki təzyiqin artırdığını etiraf edib.

"Bəli, əlbəttə. Hücumçu kimi hər zaman qol vurmaq üçün təzyiq altında olursunuz. Buna görə buradayam, buna görə də "Mançester Siti"yə dəvət almışam. Bu, mənim işimdir.

Əlbəttə, Haalandın yoxluğu bizim üçün çox böyük itkidir. Onun səviyyəsindəki futbolçunun oyuna böyük təsiri var, amma biz meydanda bir komanda kimi çıxış etməyə, bir-birimizə dəstək olmağa çalışırıq.

Nəticə etibarı ilə, mən və ya başqası qol vuranda, komanda qalib gəlir, 3 xal alır və ya növbəti mərhələyə keçir. Bu, bizim üçün ən vacib şeydir".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest