06 Aprel 2025, 14:58
FUTBOL
PSJ-nin müdafiəçisi və kapitanı Markinyos karyerası ərzində 10 dəfə Fransa Liqa 1 çempionluğunu qazanan yeganə oyunçu olub.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
30 yaşlı müdafiəçi 2013-cü ilin yayından Paris klubunda çıxış edir. Bu mövsüm braziliyalı PSJ-nin heyətində bütün turnirlərdə 34 oyun keçirib və 2 qol vurub. "Transfermarkt" portalınd futbolçunun dəyəri 45 milyon avrodur.