"Liverpul" "Barselona"nın mərkəz müdafiəçisi 26 yaşlı Ronald Arauxo ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

"Mersisaydlılar" onu klubla müqaviləsi yayda başa çatacaq 33 yaşlı Vircil van Deykin əvəzedicisi kimi görürlər.

Arauxonun isə yanvarda Kataloniya klubu ilə imzaladığı yeni müqaviləsində 65-75 milyon avroluq təzminat maddəsi nəzərdə tutulub. Eyni zamanda "Barselona" "Liverpul"un vingeri Luis Diazla maraqlanır. Ola bilsin ki, kolumbiyalı futbolçu Arauxonu almaq üçün müqavilənin bir hissəsi ola bilər.

Qeyd edək ki, bu mövsüm müdafiəçi bütün turnirlərdə 15 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Arauxonun klubla hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun dəyəri 50 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest