06 Aprel 2025, 18:09
FUTBOL
"Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç Qətər çempionatının klublarının diqqətini çəkib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Bildirilir ki, 39 yaşlı yarımmüdafiəçi karyerasını Madrid klubunda başa vurmaq və 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında oynamaq istəyir. Lakin Modriçlə klub rəhbərliyi arasında hələ ki, danışıqlar aparılmayıb.
Qeyd edək ki, Modriç bu mövsüm "Real"ın heyətində bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və 7 məhsuldar ötürmə edib. 39 yaşlı yarımmüdafiəçinin klubu ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir. "Transfermarkt" portalında futbolçunun dəyəri 5 milyon avrodur.