06 Aprel 2025, 19:21
FUTBOL
"Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxan komandanın üzvləri daha sonra Şamaxıya yollanıblar.
"Neftçi" Misli Premyer Liqasının XIX turunda səfərdə "Şamaxı" ilə qarşılaşacaq.
Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi oyunun hazırlığını yekunlaşdırıb.
Bu gün "Neftçi" Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxan komandanın üzvləri daha sonra Şamaxıya yollanıblar.
Qeyd edək ki, aprelin 7-də Şamaxı şəhər stadionunda keçiriləcək "Şamaxı" – "Neftçi" oyunu saat 15:30-da start götürəcək.