06 Aprel 2025, 20:26
FUTBOL
Andradeyə mükafatlar Misli Premyer Liqasının 29-cu turunda "Zirə" ilə görüşdən əvvəl təqdim olunub.
"Ayın qolu" layihəsi çərçivəsində fevral ayının ən yaxşı qolunun müəllifi olan "Qarabağ"ın futbolçusu Patrik Andrade mükafatlandırılıb.
Matc.az xəbər verir ki, Andradeyə mükafatlar Misli Premyer Liqasının 29-cu turunda "Zirə" ilə görüşdən əvvəl təqdim olunub.
Mükafatları Tofiq Bəhramov adına Respublika stadionunda "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.