07 Aprel 2025, 00:15
FUTBOL
Türkiyə Superliqasında XXX turun oyunları keçirilir.
Matc.az xəbər verir ki, turun üçünçü oyun günündə daha üç qarşılaşma baş tutub.
"Bodrumspor" "Alanyaspor"u, "Eyüpspor" "Hatayspor"u səfərdə minimal hesabla məğlub edib.
"Fənərbaxça" – "Trabzonspor" derbisində isə İstanbul təmsilçisi inamlı qələbə qazanaraq, lider "Qalatasaray" ilə xal fərqini 3-ə endirib.
Qeyd edək ki, tura 7 apreldə yekun vurulacaq.
Türkiyə Superliqası
XXX tur
6 aprel
"Alanyaspor" – "Bodrumspor"- 0:1
Qol: Aytemur, 81
"Hatayspor" – "Eyüpspor" - 0:1
Qol: Tyam, 23
"Fənərbaxça" – "Trabzonspor" - 4:1
Qollar: Taliska, 51 (pen), 64, 77, Şkrinyar, 60