Peşəkar Futbol Liqasının rəsmi yutub kanallarından biri olan "AzPFL" yutub kanalının izləyici sayı 100 mini keçib.

Matc.az xəbər verir ki, Misli Premyer Liqası və Azərbaycan Kuboku oyunlarının canlı yayımlandığı, bütün qarşılaşmaların icmallarının verildiyi "AzPFL"də "ayın qolları"na, bir-birindən maraqlı süjetlərə, xüsusi günlərə aid videolara rast gəlmək mümkündür.

Ay ərzində 1.2 – 1.5 milyon dəfə baxılan kanalın ümumi baxış sayı 40 milyondan çoxdur.

Qeyd edək ki, PFL-in digər yutub kanalı "I Liqa // II Liqa" 25 mindən çox izləyiciyə sahibdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest