07 Aprel 2025, 09:50
FUTBOL
Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunda türkiyəli məşqçi Fatih Terimin çalışdırdığı "Əl-Şabab" qələbə qazanıb. Matc.az xəbər verir ki, səfərdə “Əl-Vəhda” ilə üz-üzə gələn kollektiv 3:1 hesablı qalibiyyətə sevinib.
Bu nəticədən sonra "Əl-Şabab" 46 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, turnir cədvəlinə "Əl-İttihad" başçılıq edir. Loran Blanın çalışdırdığı komanda 62 xala malikdi.