Bu matçlara yalnız "Sabah"ın heyətində çıxan serbiyalı futbolçu 4 qola imza atıb.

"Sabah"ın futbolçusu Boyan Letiç Misli Premyer Liqasında yubiley oyununu keçirib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytında məlumat yayılıb.

32 yaşlı müdafiəçinin 100-cü matçı XXIX tura təsadüf edib.

Bu matçlara yalnız "Sabah"ın heyətində çıxan serbiyalı futbolçu 4 qola imza atıb. Onun debütü 2021/2022 mövsümündə gerçəkləşib. Letiç 2022-ci il fevralın 27-də, “Neftçi” ilə ev qarşılaşmasında (0:1) debüt edib.

Qeyd edək ki, müdafiəçinin yubiley oyununda komandası 0:1 hesabı ilə uduzub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest