Avropa çempionatının əsas mərhələsində İsveç və Xorvatiya ilə üz-üzə gələcək futzal üzrə Azərbaycanın yığmasının heyətində 3 dəyişiklik edilib. Matc.az xəbər verir ki, bu barədə Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Dünən təlim-məşq toplanışına başlayan komandada Nihat İsmayılov və Kamran Hacıyev zədəli olduğuna görə heyətdən çıxarılıb. Təcrübəli qapıçı Rövşən Hüseynli isə baş məşqçi Vitali Borisovun qərarı ilə kənarlaşdırılıb.
Əvəzində mütəxəssis “Neftçi” İK-dan qapıçı Vladislav Reznovu, “Şuşa”dan isə hücumçu Rüstəm Bağırovu düşərgəyə dəvət edib.
Qeyd edək ki, aprelin 8-dək Bakıda məşq edəcək yığma ertəsi gün İsveçə yola düşəcək. İsveçlə oyun aprelin 11-də səfərdə, Xorvatiyaya qarşı matç isə 15-də Bakıda keçiriləcək.