07 Aprel 2025, 10:50
FUTBOL
Andrade Premyer Liqada 2021/22 mövsümündə debüt edib.
Leandro Andrade Azərbaycan çempionatlarında 100-cü oyununu keçirib. Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının saytında məlumat yayılıb.
“Qarabağ”ın yarımmüdafiəçisinin yubileyi Misli Premyer Liqasının XXIX tura təsadüf edib. 25 yaşlı kabo-verdeli “Zirə” ilə ev matçına start heyətində çıxıb. O, 100 görüşdə 32 qola imza atıb.
Andrade Premyer Liqada 2021/22 mövsümündə debüt edib. Onun ilk oyunu 2022-ci il fevralın 7-də “Neftçi” ilə səfərdəki (2:1) matç olub.
Qeyd edək ki, “Qarabağ” bu oyunda 1:0 hesablı qələbə qazanıb.