07 Aprel 2025, 11:22
FUTBOL
Misli Premyer Liqasının 29-cu turu çərçivəsində bu gün “Sumqayıt”ı qəbul edəcək “Araz-Naxçıvan” oyuna itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, bu barədə məlumat klubun mətbuat xidməti tərəfindən yayılıb.
Belə ki, zədəli futbolçular - Miço Kuzmanoviç, Əyyub Allaş, Mustafa Əhmədzadə, Bəxtiyar Həsənalızadə və Ramin Nəsirlinin müalicəsi davam edir. Onlar “Sumqayıt”la qarşılaşmada komandalarına kömək edə bilməyəcəklər.
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Sumqayıt" matçı saat 18:00-da başlayacaq.