07 Aprel 2025, 11:44
FUTBOL
"Beşiktaş" rəhbərliyi yayda komandanın müdafiə xəttini gücləndirmək niyyətindədi. Matc.az xəbər verir ki, İstanbul klubu icarə əsasında "Borussiya"da çıxış edən Daniel Svensson ilə yaxından maraqlanır.
Almaniya təmsilçisi sol cinah müdafiəçisinin transfer hüququna yiyələnmək istəmir. Bu isə o deməkdi ki, isveçli futbolçu mövsüm bitdikdən sonra müqavilə ilə məxsus olduğu "Norşelland"a dönəcək.
"Beşiktaş" bundan istifadə edərək 23 yaşlı oyunçunu sıralarına cəlb etməyi planlaşdırır. Danimarka klubu ilə danışıqlara yaxın vaxtlarda start veriləcək.