“Mançester Siti” mövsümün sonunda heyətini gücləndirmək istəyir. Matc.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola rəhbərliklə söhbətində "Aston Villa"nın futbolçusu Morqan Rocersin alınmasını tələb edib.

İspan çalışdırıcı 22 yaşlı hücumameyilli yarımmüdafiəçinin komandasına xeyir verəcək gücdə olduğunu bildirib. Bundan sonra klub rəhbərliyi qarşı tərəflə təmasa keçib.

Qeyd edək ki, Morqan Rocers "Aston Villa"ya ötən ilin əvvəlində "Midlsbro"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest