“Barselona”nın gənc ulduzu Lamin Yamalla bağlı maraqlı iddia yayılıb. Matc.az xəbər verir ki, 17 yaşlı futbolçunun komanda yoldaşı Robert Levandovskini start heyətində görmək istəmədiyi bildirilir.

Yamalın fikrincə, polşalı hücumçudansa, Ferran Torres ilk “11-lik”də meydana çıxmalıdır. Onun Levandovski ilə münasibətinin qaydasında olduğu bildirilir. Sadəcə, Yamal Torreslə oyununun daha yaxşı alındığını əsas gətirərək, baş məşqçi Hans-Diter Fliklə söhbətində belə bir istək irəli sürüb.

Flikin danışıq zamanı ona nə dediyi isə açıqlanmır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest