“Real” Çempionlar Liqasının 1/4 final mərhələsində “Arsenal” önünə ciddi itkilərlə çıxacaq. Matc.az xəbər verir ki, “kral klubu”nun konkret 6 oyunçusu ilk görüşü buraxacaq.

Bunlar qapıçı Andrey Lunin, müdafiəçilər Dani Karvahal, Ferlan Mendi, Eder Militao, yarımmüdafiəçilər Dani Sebalyos və Orelyen Çuamenidir. Onlardan yalnız sonuncu cəzalıdı. Digərləri isə zədədən əziyyət çəkir.

Qeyd edək ki, sabah keçiriləcək “Arsenal” – “Real” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest