“Srvena Zvezda” 2024-25 mövsümündə vaxtından əvvəl Serbiya çempionluğunu qazanıb. Matc.az xəbər verir ki, Belqrad təmsilçisi ardıcıl 8-ci dəfə mövsümü zirvədə başa vurub.

Bu, “Srvena Zvezda”nın həm də ümumilikdə 36-cı çempionluğudur. İlk 30 turda 86 xal toplayan komanda ən yaxın izləyicisi “Partizan”ı 23 xal qabaqlayır. “Srvena Zvezda” bu qarşılaşmalarda 106 qol vurub, 22-ni buraxıb. Serbiya Superliqasında isə mövsümün sonuna hələ 7 tur qalır.

“Srvena Zvezda” 30-cu turda OFK-yə 3:1 hesabı ilə qalib gələrək çempionluğu təmin edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest