07 Aprel 2025, 16:21
FUTBOL
“Sauthempton”da baş məşqçi istefası reallaşıb. Matc.az xəbər verir ki, İngiltərə klubu İvan Yuriçlə yollarını ayırıb.
Buna səbəb komandanın Premyer Liqada qalmaq şansını itirməsi olub. Komandanın Çempionşipə düşəcəyi dəqiqləşdikdən sonra dekabrda baş məşqçi postuna gətirilən xorvatiyalı mütəxəssis 4 aylıq işindən sonra qovulub.
Qeyd edək ki, “Sauthempton” 31 turdan sonra 10 xalla 20-ci pillədədi.