“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqası və “Qızıl top” arasında seçim edib. Matc.az xəbər verir ki, fransalı forvard komanda titulunu üstün tutur.

Ulduz futbolçu dünyanın ən güclü klubunda yer aldığını bildirib: “Dünyanın ən yaxşı klubu ilə Çempionlar Liqasını qazanmaq – bu, ən möhtəşəm titula sahib çıxmaq və tarix yazmaq deməkdir. “Qızıl top” isə fərdi mükafatdır. Mən Çempionlar Liqasını seçirəm”.

Qeyd edək ki, Çempionlar Liqasında mübarizəni davam etdirən “Real” İspaniya La Liqasında 30 turdan sonra ikinci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest