07 Aprel 2025, 17:53
FUTBOL
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim klubun gələn mövsüm üçün planlarından danışıb. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis cari mövsümün onlar üçün itki ilə nəticələnəcəyini etiraf edib.
O, hədəflərinin növbəti mövsüm daha böyük uğurlar qazanmaq olduğunu vurğulayıb: “Məqsədimiz gələn il nəticə əldə etməkdir. Mən dəli deyiləm, anlayıram ki, titulu qazanmayacağıq. Amma bu yenidənqurma üçün illər lazım olacaq, səbirli olmalıyıq – kimi fikirlərdən artıq yorulmuşam. Gələn il sıçrayış etməyə hazırıq. Bu mövsüm isə çox şeydən imtina edirik”.
Qeyd edək ki, “Mançester Yunayted” 31 turdan sonra Premyer Liqada 38 xalla 13-cü pillədə qərarlaşır.