Vircil van Deyk “Liverpul”la yeni müqavilə danışıqlarında irəliləyişə nail olub. Matc.az xəbər verir ki, bunu Niderland millisinin üzvü özü açıqlayıb.

33 yaşlı mərkəz müdafiəçisi “qırmızılar”ı sevdiyini bildirib: “Sanışıqlarda irəliləyiş var. Bilmirəm, qalacağam, ya yox, baxarıq. Bu, daxili müzakirələrdir. Mən bu klubu və azarkeşlərini sevirəm”.

Qeyd edək ki, 2018-ci ildən “Liverpul”da çıxış edən van Deykin hazırkı müqaviləsi mövsümün sonuna qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest