Dortmund "Borussiya"sının alman müdafiəçisi Niko Şlotterbek sol dizindən aldığı ciddi zədə səbəbiylə bu mövsüm komandanın qalan oyunlarını buraxacaq.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Nikonun yoxluğu bizə çox ağır zərbə olacaq. O, komandanın vacib hissəsidir və bu mövsüm ardıcıl çıxışı ilə seçilirdi. Ümid edirik ki, o, tez sağalacaq və biz də dönüş yolunda ona maksimum dəstək verəcəyik", - "Borussiya"nın idman direktoru Sebastyan Kehl deyib.

Qeyd edək ki, bu mövsüm 25 yaşlı Şlotterbek bütün yarışlarda 37 matçda 6 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest