Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında üçüncü oyununu keçirəcək.

Matc.az xəbər verir ki, C Liqasının IV qrupunda yer alan yığmamız səfərdə Monteneqro ilə üz-üzə gələcək.

Niksiç şəhər stadionunda baş tutacaq qarşılaşmanı Andorradan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, qrupda hərəyə 4 xalı olan Azərbaycan və Moneneqro birinci və ikinci yerləri bölüşürlər. Sonuncu pillədə qərarlaşan Litvanın isə aktivdə xal yoxdur.

UEFA Millətlər Liqası
Qadınlar, C Liqası, IV qrup
8 aprel

20:00. Monteneqro – Azərbaycan
Hakimlər: Marta San Juan, Karlos Qonçalves, Luis Akosta, Antoni Çiaramonti (hamısı Andorra)
Niksiç şəhər stadionu.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest