“Lester” İngiltərə Premyer Liqasının XXXI turunda öz meydanında “Nyukasl”a 0:3 hesabı ilə məğlub olub. Matc.az xəbər verir ki, “tülkülər” bununla ardıcıl 8-ci ev məğlubiyyətini alıb.

Üstəlik, komanda bu görüşlərin heç birində qol vura bilməyib. Bu isə Premyer Liqa tarixində antirekorddu. İndiyə qədər heç vaxt hansısa komanda doğma meydanındakı ardıcıl 8 qarşılaşmada qolsuz qalmamışdı.

Qeyd edək ki, 31 turdan sonra Rud van Nistelroyun komandası turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest