“Bavariya” təcrübəli komandadı, bəzi zədəliləri var, eləcə də “İnter”in. Onlar illərdi Çempionlar Liqasının son mərhələlərinə qədər gedib çıxırlar. “Real”la yanaşı turnirin əsas favoritləridi. Ancaq biz də bura əla oyun göstərmək üçün gəlmişik”.

Çempionlar Liqasının 1/4 final mərhələsinin diqqətçəkən cütlüklərindən biri “Bavariya” və “İnter”di. Matc.az xəbər verir ki, komandalar ilk oyunlarını bu gün Almaniyada keçirəcək.

Qarşılaşma öncəsi hər iki komandanın baş məşqçisi fikirlərini bölüşüb. Simone İnzaqi “Bavariya”nı turnirin favoriti adlandırıb.

Simone İnzaqi (“İnter”in baş məşqçisi): “Burada olmaq əladır, amma qarşıda asan oyun yoxdur. “Bavariya” güclü rəqibdir. Stadion möhtəşəmdir, amma biz bu mərhələyə gəlmək üçün çox çalışmışıq və şanslarımızdan istifadə etməyə çalışacağıq. “Bavariya” təcrübəli komandadı, bəzi zədəliləri var, eləcə də “İnter”in. Onlar illərdi Çempionlar Liqasının son mərhələlərinə qədər gedib çıxırlar. “Real”la yanaşı turnirin əsas favoritləridi. Ancaq biz də bura əla oyun göstərmək üçün gəlmişik”.

Vensan Kompani (“Bavariya”nın baş məşqçisi): “Zədələrlə bağlı vəziyyəti oyun ərəfəsində biləcəksiniz. Öz oyunumuzu göstərməyə çalışacağıq. “İnter” üçün problemlər yaratmaq istəyirik. Rəqib matçın müxtəlif mərhələlərində necə davranmağı bilir və Avropanın ən güclü komandalarından biridi. Belə matçlarda iştirak etmək istəyən hər kəs üçün əlavə motivasiyaya ehtiyac yoxdu”.

Qeyd edək ki, bu gün keçiriləcək “Bavariya” – “İnter” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest