“Turan Tovuz”un futbolçusu Veysəl Rzayevin cəzası müəyyənləşib. Matc.az xəbər verir ki, AFFA İntizam Komitəsi yarımmüdafiəçiyə 2 oyunluq cəza verib.

Buna səbəb onun Misli Premyer Liqasının XXIX turunda “Səbail”lə qarşılaşmadan sonra azarkeşi vurmağa cəhd göstərməsi olub. Komitə Rzayevi 1-i şərti olmaqla 2 görüşlük cəzalandırıb.

“Turan Tovuz” isə 2000 manat cərimə edilib. Futbolçuya 3 ay sınaq müddəti təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest