AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXIX turunda yaşananlarla bağlı qərarlarını açıqlayıb. “Sabah”la matç bitdikdən sonra azarkeşlərinin pirotexniki vasitədən istifadəsi “Kəpəz”i 1500 manat ziyana salıb.

“Kəpəz” və “Sumqayıt” klubları azarkeşlərinə görə cərimələnib. Matc.az xəbər verir ki, AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXIX turunda yaşananlarla bağlı qərarlarını açıqlayıb.

“Sabah”la matç bitdikdən sonra azarkeşlərinin pirotexniki vasitədən istifadəsi “Kəpəz”i 1500 manat ziyana salıb.

“Sumqayıt” fanatları isə “Araz-Naxçıvan”la görüşdə hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirib. Bu, mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Sumqayıt” 1000 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest