20-ci turda “Cəbrayıl”la səfər görüşündə “Qaradağ Lökbatan”ın heyətində adları protokolda olmayan futbolçular iştirak edib. Bu, klubun 0:3 hesablı texniki məğlubiyyətlə üzləşməsinə gətirib çıxarıb. “Qaradağ Lökbatan”a həmçinin 400 manat cərimə kəsilib.
AFFA İntizam Komitəsi I Liqa klubu “Qaradağ Lökbatan”a texniki məğlubiyyət verib. Matc.az xəbər verir ki, bu barədə komitənin iclasında qərar verilib.
Məsələ burasındadı ki, 20-ci turda “Cəbrayıl”la səfər görüşündə “Qaradağ Lökbatan”ın heyətində adları protokolda olmayan futbolçular iştirak edib. Bu, klubun 0:3 hesablı texniki məğlubiyyətlə üzləşməsinə gətirib çıxarıb. “Qaradağ Lökbatan”a həmçinin 400 manat cərimə kəsilib.
Qeyd edək ki, “Cəbrayıl” – “Qaradağ Lökbatan” matçı qolsuz bərabərliklə başa çatmışdı.