“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruyne gələcəyi ilə bağlı qərarını hələ verməyib. Matc.az xəbər verir ki, belçikalı ulduz futbolçu karyerasını ABŞ-da davam etdirməyə daha yaxın görünür.

33 yaşlı pleymeyker “İnter Mayami”nin maraq dairəsindədi. MLS təmsilçisi yayda onu heyətinə cəlb etməyin planlarını cızır. ABŞ klubunun heyətində hazırda Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba kimi ulduz futbolçular çıxış edir.

Qeyd edək ki, 2015-ci ildən “Mançester Siti”də çıxış edən Kevin de Bruyne yayda komandadan ayrılacağını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest