08 Aprel 2025, 15:16
FUTBOL
“Mançester Yunayted” rəhbərliyi mövsümün sonunda heyətinə yeni oyunçu qatmaq niyyətindədi. Matc.az xəbər verir ki, “mankunianlar” hücum xəttini gücləndirməyi planlaşdırırlar.
Klub rəhbərliyin yaxından maraqlandığı forvard isə “Vulverhempton”un üzvü Mateus Kunyadı. “Qırmızı şeytanlar” Braziliya millisinin üzvü ilə danışıqlara başlayıblar. 25 yaşlı mərkəz hücumçusu bu təklifi qəbul etməyə razıdı.
O, “Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazana bilməsə belə, bu kluba keçməyə qarşı deyil.