"Monpelye" rəhbərliyi komandanın baş məşqçisi Jan-Lui Qasseni istefaya göndərib. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

71 yaşlı çalışdırıcı ilə əməkdaşlığa son vaxtlardakı uğursuz nəticələrə görə son qoyulub. "Monpelye"nin Liqa 1-də ardıcıl 9 görüşdə məğlub olması rəhbərliyin “səbir kasası”nı daşırıb. Nəticədə təcrübəli mütəxəssisin sözləşməsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

Qeyd edək ki, Qasse oktyabr ayından “Monpelye”ni çalışdırırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest