“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen sıraya dönüb. Matc.az xəbər verir ki, almaniyalı qolkiper komanda ilə qrup məşqlərinə qoşulub.

Ciddi zədə səbəbindən cari mövsümün böyük hissəsini buraxan Ter Ştegenin sıraya dönməsi klub rəhbərliyini və məşqçilər korpusunu sevindirib.

Qrup məşqlərinə zədədən qayıdan müdafiəçi İniqo Martines də qatılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest