08 Aprel 2025, 17:14
FUTBOL
Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo “Barselona”nın gənc ulduzu Lamin Yamal haqda danışıb. Matc.az xəbər verir ki, o, 17 yaşlı istedad haqda müsbət fikirlər səsləndirib.
“Yamal yaşını ötmüş istedaddı. Onu izləməkdən zövq alıram. Amma üzərində işləməyə davam etməlidi. Şübhəsiz ki, yaxın müddətdə daha möhtəşəm oyunçuya çevriləcək”, - deyə Ronaldinyo qeyd edib.
Qeyd edək ki. Yamal cari mövsümdə ümumilikdə 42 oyunda 13 dəfə fərqlənib.