08 Aprel 2025, 17:45
FUTBOL
"Beşiktaş" heyətlə bağlı problemlə üzləşib. Matc.az xəbər verir ki, İstanbul klubunun daha bir futbolçusu sıradan çıxıb.
Söhbət müdafiəçisi Emirhan Topçudan gedir. 34 yaşlı mərkəz müdafiəçisi "Kasımpaşa" ilə çempionat görüşündə zədə alıb.
Necip Uysal və Feliks Udoxayın zədəli, Tayyip Talha Sanuçun isə cəzalı olmasından sonra Emirhanın da sıradan çıxması “Beşiktaş”ı çətin vəziyyətdə qoyub. Adıçəkilən oyunçular Superliqanın 31-ci turunda "Başakşehir"lə keçiriləcək qarşılaşmada komandalarına kömək edə bilməyəcəklər.