Futbol üzrə Azərbaycan II Liqasında XX tura start verilib.

Matc.az xəbər verir ki, turun ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lider "Şahdağ Qusar" və "Şəfa" qələbə qazanaraq mövsümün bitməsinə 6 tur qalmış I Liqaya vəsiqəni təmin ediblər.

Qeyd edək ki, II Liqada ilk üç yeri tutan komandalar I Liqaya yüksəlir. Xallarını 58-ə yüksəldən qusarlılar 4-cü pillədəki "Haypers Quba"nı 22 xal qabaqlayır. 55 xalı olan "Şəfa" isə 4-cü yerdən 19 xal öndədir.

II Liqa
XX tur
8 aprel

"Qusar" ­– "Lerik" - 3:2
Qollar: 
M.Rzayev, 47, M.Xəlilov, 84, F.Ağalarov, 90+2 // P.Ağazadə, 15, R.Quluzadə, 17

əfa" –əki Siti" - 6:0
Qollar: 
A.Yunanov, 41, 52, 56, 80, 84, E.Nəsibov, 83

"Şahdağ Qusar" – "Haypers Quba" - 2:1
Qollar: 
T.Qurbatov, 19, V.Hüseynov, 90+5 // C.İmamverdiyev, 36

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest