"Arsenal"ın dayaq yarımmüdafiəçisi, 31 yaşlı Tomas Partey yayda London klubu ilə müqaviləsi başa çatdıqdan sonra "Barselona"ya keçmək istəyir.

Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Bildirilir ki, Kataloniya klubu qanalı futbolçunun müqavilə vəziyyətindən xəbərdardır. İspaniya klubu Parteyi mümkün transferlər siyahısına daxil edib. 31 yaşlı yarımmüdafiəçinin ispan nəhənginə azad agent kimi keçməsi, maddi durumuna görə "Barselona"ya sərf edir.

Qeyd edək ki, bu mövsüm Partey bütün turnirlərdə 43 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalında futbolçunun dəyəri 15 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest