08 Aprel 2025, 19:40
FUTBOL
İtaliyanın "Fiorentina" klubu qapıçısı David de Xea ilə müqaviləni uzatmaq qərarına gəlib.
Matc.az xəbər verir ki, bu barədə "Calciomercato" məlumat yayıb.
İspan futbolçunun müqaviləsində bir illik uzadılma maddəsi var və Florensiya klubu bundan yararlanmağa qərar verib. Hazırda ildə 2 milyon avro olan İtaliya klubu ilə müqavilənin uzadılmasından sonra De Xeanın maaşı ikiqat artacaq.
Xatırladaq ki, David de Xea 2023-cü ilin yayında "Mançester Yunayted"dən ayrılıb, bir il futboldan kənarda qalıb, daha sonra "Fiorentina" ilə bir illik müqavilə imzalayıb.
De Xea bu mövsüm "Fiorentina"nın heyətində bütün turnirlərdə 31 oyun keçirib, 34 top buraxıb və 10 görüşdə qapısını toxunulmaz saxlayıb.