Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) tərəfindən son bir ildə dünyanın ən yaxşı qapıçılarının siyahısını tərtib edib.
Matc.az xəbər verir ki, təhlil zamanı 31 mart 2024-cü ildən 31 mart 2025-ci ilədək olan dövr nəzərə alınıb.
Siyahıya çempionatda 20 və daha çox oyun keçirmiş qapıçılar daxil edilib.
CIES (indeks ilə) üzrə son bir ildə dünyanın ən yaxşı 10 qapıçısı:
1. Canluici Donnarumma (PSJ) – 95,5;
2. Yan Sommer ("İnter") – 91,7;
3. Tibo Kurtua ("Real", Madrid) – 88;
4. Stanislav Aqkatsev ("Krasnodar") – 87,4;
5. Mark Flekken ("Brentford") – 85,9;
6. Robert Sançes ("Çelsi") – 84,1;
7. Peter Qulaksi ("Leyptsiq") – 83,9;
8. Joao Rikardo ("Fortaleza") – 83,7;
9. Moritz Nikolas ("Borussiya") – 83,3;
10. Robin Zentner ("Maynts") – 82,2.